İlon Mask gənclik fotosunu PAYLAŞDI

 21:10 28.06.2024     263

Milyarder İlon Mask 1994-cü ilin iyul ayının sonunda çəkilmiş, əvvəllər dərc olunmamış şəklini nümayiş etdirib.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, o, şəkli "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yerləşdirib.

Fotoda o zaman 23 yaşı olan gələcək milyarder ABŞ bayrağının yanında dənizin fonunda dayanıb. 1989-cu ildə Cənubi Afrikadan Amerikaya köçüb və 1994-cü ilə qədər bir neçə il Pensilvaniya Universitetində oxuyub.

Bu, Maskın gəncliyində hələ keçəllik əlamətlərinin görünmədiyi nadir fotosudur. Beş il sonra çəkilmiş fotoşəkillərdə saçları nəzərəçarpacaq dərəcədə seyrelib.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən