FTX çağırışçıları yoxlayacaq

 22:37 28.06.2024     260

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) bu idarədə hərbi xidmət üçün müraciət edən çağırışçıların sənədlərini öyrənə biləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri fərman imzalayıb.

Əvvəllər FTX-yə bu strukturda hərbi xidmətə çağırışçıların seçimində iştirak etmək hüququ verilirdi.

"Federal təhlükəsizlik xidmətinin orqanları hərbi xidmətə çağırılmalı olan vətəndaşların federal təhlükəsizlik xidmətinin orqanlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün seçilməsində, o cümlədən belə vətəndaşlar üçün sənədlərlə tanış olmaq yolu ilə iştirak edirlər",- deyə fərmanda qeyd edilib.

2023-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin FTX-də hərbi xidmətə icazə verən qanunu imzalayıb. Əvvəllər bu imkan yalnız müqavilə ilə işləyənlərə verilirdi.

Sultan AYXAN