Ukrayna briqadası tam şəkildə ruslara təslim oldu

 22:51 28.06.2024     306

Ukrayna Silahlı Qüvvələrinin 110-cu briqadası tam şəkildə Rusiya qoşunlarına təslim olub.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, təslim olanların əksəriyyəti hərbi əməliyyatların aparılmasında təcrübəsi olmayan gənclər imiş.

Ukrayna hərbçiləri Rusiya  ordusunun hücumunun təzyiqi altında qalıblar və buna görə də müqavimət göstərmək şansı olmayıb.

Ukrayna hərbçilərinin döyüşmək üçün lazımi miqdarda sursat olmaması onları buna məcbur edib.

Sultan AYXAN