İranda Prezident bu şəxs ola bilər

 09:00 29.06.2024     350

İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.

Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.