İran İsraili müharibə ilə rəsmən HƏDƏLƏDİ

 10:08 29.06.2024     394

"İsrail Livana qarşı hücuma keçsə, ona qarşı məhvedici müharibə başlayacaq".

Redaktor.az bildirir ki, bu fikirlər İranın BMT-dəki Nümayəndəliyinin "X" hesabında paylaşılıb:

"İran İsrail rejiminin Livana hücum barədə təbliğatını psixoloji müharibə hesab edir. Lakin əgər genişmiqyaslı hərbi aqressiya başlayarsa, buna məhvedici müharibə ilə cavab veriləcək. Hazırda bütün cəbhələrdən hücum da daxil olmaqla, istənilən müqavimət variantı nəzərdən keçirilir".