Yük maşınını cümə namazına toplaşanların üzərinə sürdü - Çoxsaylı ölən var

 10:26 29.06.2024     420

Nigeriyada idarəetməni itirən sürücü yük maşınını (TIR) cümə namazı üçün toplaşan insanların üzərinə sürüb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yayılan rəsmi açıqlamalarda yaralıların xəstəxanalara yerləşdirildiyi, ölənlərin sayının artacağının istisna edilmədiyi vurğulanıb.