Pakistanda 600-ə yaxın insan istidən öldü

 13:20 29.06.2024     148

Pakistanda istilər nəticəsində yüzlərlə insan ölüb, daha minlərlə insan xəstəxanalara aparılıb.

Redaktor.az xəbər verir ki, qurbanların əksəriyyəti ölkənin ən böyük şəhəri Karaçidə olub.

Şəhərdə havanın temperaturunun 40°C-dən çox olduğu, lakin yüksək rütubət səbəbindən istiliyin 49-50° dərəcə kimi hiss olunduğu bildirilib.

Ölkənin ən böyük təcili yardım xidmətini idarə edən “Edhi” fondunun rəhbəri Faysal Edhi həftənin əvvəlində onlarla istivurma qurbanının cəsədini morqlara çatdırdırdıqlarını söyləyib.

Hər gün Kəraçi şəhər morquna 30-40 cəsəd gəlir. Ancaq son altı gündə bu rəqəm yalnız çərşənbə axşamı toplanan 140-ı keçib və ümumi ölü sayı 568-ə yüksəlib. O, həmçinin qeyd edib ki, ölənlərin əksəriyyəti şəhərin yoxsul bölgələrindən olub.

Xəbər verilir ki, Kəraçidəki üç morqda cəmi 264 cəsəd yerləşə bilər. Və onların hamısı doludur.

“Biz üç cəsədi bir rəfdə saxlamağa məcburuq. 22 sahibsiz cəsədi təcili basdırmalı olduq, yer açmaq üçün onları həmişəkindən daha qısa müddət saxladıq. Şəhərin bütün meyitxanaları, hətta məscidlərdə və yas salonlarında olanlar da yer çatışmazlığı ilə üzləşiblər”, – Faysal Edhi deyir.