Bu ölkə də 14-cü sanksiyalar paketinə qoşuldu

 17:34 30.06.2024     232

Norveç Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə qoşulub.

Redaktor.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.

Məlumatda qeyd olunur ki, Rusiya Mərkəzi Bankının Norveçdə heç bir aktivi olmasa da, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardıma istifadə edilməsi üçün ölkəyə hüquqi əsas lazımdır.