Qəzzada ölən fələstinlilərin sayı 38 minə çatır

 17:47 30.06.2024     177

Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 37 877 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin sayı 86 969 nəfərdir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.