“Heç yaxşı axşam olmadı...” - Bayden etiraf etdi

 10:16 01.07.2024     266

Bayden Tramp ilə debatın nəticəsini “heç yaxşı axşam olmadı” fikirləri ilə təsvir etdi.

Redaktor.az “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Nyu-Yorkda seçki kampaniyası üçün əsas donorlarla görüşərkən “Demokratlar”ın seçki debatının nəticələri ilə bağlı narahatlıqlarını anladığını söylədi.

O, çıxışı zamanı bu fikirləri səsləndirdi:

“Mən debat ilə bağlı narahatlığınızı anlayıram, heç də yaxşı gecə keçirmədim".

Onun sözlərinə görə, əgər qalib gələcəyinə inanmasaydı, prezidentliyə namizədliyini irəli sürməzdi.

Yusif SƏMƏDZADƏ