"Olanlara görə xalqdan üzr istəyirəm"

 14:35 01.07.2024     875

Vətəndaşların əksəriyyətinin seçkilərdə iştirak etməməsi onların acıqlı olmalarına görədir. Mən öz adımdan bu günə kimi olanlara görə xalqdan üzr istəyirəm.

Redaktor.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri, Məsud Pezeşkianın seçki qərargahının üzvü Məhəmməd Cavad Zərif özünün X hesabında yazıb.

Seçici aktivliyinin aşağı olduğunu deyən keçmiş nazir bunun səbəbinin xalqın hakimiyyətdən narazı olmasında görüb:

"Mühacirət etmək istəmirsinizsə, seçkidə iştirak edin".

Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda seçicilərin 40%-dən bir qədər çoxu iştirak edib.

5 iyulda keçiriləcək ikinci turda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq