"Fransızlar Makronu cəzalandırdı" - ŞƏRH

 16:40 01.07.2024     307

Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiqləri böyük qələbə qazanıb. Beləki, “Milli Birlik” 33,4 faiz səslə birinci, solçu Yeni Xalq Cəbhəsi isə 27,98 faiz səslə  ikinci  olub.  Prezident Makronun “Respublika uğrunda Birlikdə” koalisiyası isə üçüncü yerlə kifayətlənib. Bununla da Makron parlament seçkilərində səs çoxluğunu itirib. 

Maraqlıdır, Makronun seçkidəı fiaskosundan sonra nələr baş verəcək? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri, siyasi ekspert Tofiq Zülfüqarov bildirdi ki, bəzi mütəxəssislər Fransada parlament seçkilərində Makronun uduzmasını onun oyunu kimi qiymətləndirir. 

Tofiq Zülfüqarov: “Məsələ maşının hansı yoldan keçməsi deyil, ermənilərin  köçməsidir”- MÜSAHİBƏ

"Makron mərkəzçi qüvvələrin başında durur. Makron icraçı hakimiyyətin başçısısı olsa da, artıqona müxalifət olacaq bir hökumət var. Hökuməti formalaşdıran isə parlamentdir. Bu seçkilərdən sonra parlamentin qüvvələrinin konfiqurasiyası
dəyişəcək. Makronun koalisiyası da dəyişikliklərə məruz qalacaq. Belə hallar Fransa tarixində olub. İndiki mərhələdə gözləmək lazımdır ki, höküməti kim formalaşdıracaq. Keçirilən seçkilərdən sonra hökümət formalaşdıran digər qüvvə ola bilər. Bu mümkün olan bir şeydir.  Bəzi mütəxəssislər fikirləşirlər ki, bu Makronun oyunudur. Məsuliyyətdən qaçmaq üçün o, höküməti müxalif qüvvələrə verir ki, indi onlar məsuliyyət daşısın. Çünki Makron Avropanın lideri olmaq istəyirdi. Bununla yanaşı onun hakimiyyətə gəlişindən sonra Fransanın xarici siyasəti özünün uğursuz dövrünü yaşayır. Ona görə də, fransızlar Makronu alcaldıb cəzalandırdılr. Ölkə istisadiyyatı çöküb. Müstəmləkə altında saxladığı ərazilərdə müstəqillik uğrunda mübarizələr başlayıb. Bu səbəbdən ekspertlər iddia edir ki,  bundan sonra bunun məsuliyyəti müxalif hökumətin üzərinə yıxmaq üçün Makron bu oyunu özü düzüb qoşub". 

Fransada formalaşacaq yeni hökümətdən sonra Azərbaycanla bağlı siyasətin dəyişəcəyinə ümid etdiyini qeyd edən T.Züfüqarov vurğuladı ki, bundan sonra xarici siyasətin formalaşmasında hökümət daha çox rol oynayacaq.

"Azərbaycana qarşı fərqli mövqeyin dəyişib-dəyişməyəcəyini demək çətindir. Bundan qabaq həm hökümət, həm prezident eyni  partiyanın üzvləri idi. Makronun istənilən məsələsi parlamentdə də dəstək alırdı. İndi isə vəziyyət fərqli olacaq", -deyə siyasi ekrspert fikrini tamamladı.

Aygün MİRAKİF