Yaponiyada 68 min insan bu səbəbdən ÖLƏCƏK

 15:40 01.07.2024     155

Yaponiyada ilin sonun qədər 68 min insanın evlərində təkbaşına ölməsi gözlənilir. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Milli Polis Agentliyinin son hesabatına görə, 2024-cü ilin 3 ayında 22 min insan evlərində təkbaşına ölüb. 

Bildirilir ki, qeydə alınan ölümlərin 80%-i 65 və daha yuxarı yaşda olan insanlardandır.

Təşkilat 2011-ci ildə 27 min olan tək ölüm hallarının ilin sonuna qədər 68 minə çatacağını təxmin edir.

Milli Əhali və Sosial Təminat Tədqiqat İnstitutunun məlumatına görə, tək yaşayan 65 yaşdan yuxarı insanların sayı 2020-ci ildə 7,38 milyon idi və 2050-ci ilə qədər təxminən 11 milyona yüksələcəyi gözlənilir.

Səhiyyə naziri Keizo Takemi ötən ay deyib ki, "Cəmiyyətdə tək ölmə ehtimalının bundan sonra artacağı dəqiqdir. Problemi birbaşa həll etməyimiz vacibdir".

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin son aylarda dərc etdiyi məlumatlara görə, son 13 ildə ölkə əhalisinin sayı azalır.

2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Aygün MİRAKİF