Dağıstandakı terorrda ölənlərin sayı ARTDI

 17:00 01.07.2024     183

İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Redaktor.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.