Kadırovun qızı təltif edildi

 19:25 01.07.2024     226

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı, Respublika hökuməti sədrinin müavini Ayşat Beynəlxalq Tatarlar İttifaqının medalları ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, bu barədə respublika başçısı özünün teleqram kanalında məlumat verib.

Mükafatlandırma mərasimi Qroznıda Sabantuy bayramı zamanı baş tutub.

“Sabantuyun açılışı zamanı Vasil Şayxraziyev Çeçenistan Respublikası Hökuməti sədrinin müavini Ayşat Kadırova Beynəlxalq Tatarlar İttifaqının medallarını təqdim edib”, - məlumatda deyilir.