Krım körpüsündə nəqliyyatın hərəkəti bağlandı

 19:44 01.07.2024     206

Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə teleqram kanalında məlumat verilib.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb", - Moskva vaxtı ilə saat 18:32-də dərc edilən mesajda deyilir.

Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur. 

Yusif EYVAZLI