Çin Mars və Yupiterə missiyalara başlayacaq

 20:07 01.07.2024     182

Yaxın illərdə Çin Mars (Tyanven-3) və Yupiterə (Tyanven-4) missiyaları həyata keçirməyi planlaşdırır.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.

“Tianven-3” missiyası Marsın səthinə yumşaq eniş etməyi, Mars torpağından nümunələr toplayaraq Yerə göndərməyi planlaşdırır. Missiyanın 2030-cu ildə işə salınması planlaşdırılır.

Təxminən eyni vaxtda Yupiter sistemini öyrənmək üçün nəzərdə tutulmuş “Tianven-4” avtomatik planetlərarası stansiyanın orbitə buraxılması planlaşdırılır.

Çinli mütəxəssislər artıq hər iki missiya üzrə işə başlayıblar.

Yusif EYVAZLI