ABŞ Polşaya 2 milyard dollar kredit AYIRDI

 20:44 01.07.2024     179

ABŞ Polşaya hava və raketdən müdafiə sistemləri üçün hərbi texnikanın alınması üçün 2 milyard dollar kredit ayırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

"Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 2 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər", - deyə departamentin saytında bildirilir. Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək. Qeyd olunur ki, bu, Varşavanın Vaşinqtonda aldığı ikinci belə kreditdir.

2018-ci ildə Polşa yeni yaranmaqda olan Wisla milli raketdən müdafiə sistemi üçün Amerika Patriot sistemini almaq üçün ABŞ ilə müqavilə imzaladı. Bu proqramın iki mərhələsi Polşa tərəfindən 16 buraxılış qurğusu, 208 raket, 4 radarla təchiz olunmuş radiolokasiya stansiyasının alınmasını nəzərdə tutur. Birləşmiş Ştatlar həmçinin Polşa komplekslərinin döyüş meydanında qoşunların avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasını nəzərdə tutan IBCS sistemi ilə inteqrasiyasına razılıq verib.

Sultan AYXAN