Putinin köməkçisinin oğlunun ölümü ilə bağlı TƏFƏRRÜATLAR

 21:27 01.07.2024     220

Rusiya prezidentinin köməkçisi Dmitri Kalimulinin 18 yaşlı oğlu Aleksandr yuxuda ölüb

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin birinci kurs tələbəsinin ölümü ilə bağlı təfərrüatları onun anası Natalya Kalimulina müsahibəsində açıqlayıb.

Qadının sözlərinə görə, gəncin ölüm səbəbi hələlik məlum deyil. Valideynlər özləri də başa düşmürlər ki, oğullarının ürək dayanmasına nə səbəb ola bilərdi.

"Biz yalnız ölüm bəyanatı haqqında bilirik.Onu evdə tapdıq", - o bildirib.

O əlavə edib ki, Aleksandr iyulun 2-də 19 yaşını qeyd etməli idi. Ölümündən bir gün əvvəl gənc bayrama hazırlaşırdı.

Yusif EYVAZLI