Müxalifət baş nazirin Nurməhəmmədovla görüşünə görə qəzəbləndi

 21:47 01.07.2024     231

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladzenin Kölndə keçmiş yüngül çəkidə "UFC" çempionu Həbib Nurməhəmmədovla görüşü gürcü müxalifətini qəzəbləndirib.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasının baş katibinin müavini İrakli Pavlenişvilinin sözlərinə görə, rusiyalı idmançı ilə görüş Beynəlxalq arenada Gürcüstanı rüsvay edir. O, həmçinin hakim partiyanı “rusiyapərəst” və “əsl banda” adlandıraraq, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində bunun nəzərə alınmasını istəyib.

Yusif EYVAZLI