"Rusiya BMT-də sədrlik kreslosundan maksimum istifadə edəcək" - Abutalıb Səmədov

 17:15 02.07.2024     316

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasında sədrlik iyulun 1-dən bir ay müddətinə Rusiyaya keçib. Bu gün dünyanın böyük dövlətlərinin bu və ya digər mənada Ukraynanın tərəfində Rusiyaya qarşı vuruşduğu halda, maraqlıdır BMT Təhlükəsizlik Şurasının sədrliyindən necə istifadə olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-ın sualların cavablandıran politoloq Abutalıb Səmədov hesab edir ki, Rusiya BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrliyindən öz beynəlxalq nüfuzu ətrafında olan, ona yaxınlaşmaq istəyən dövlətlərin sayını artırmaq üçün istifadə edəcək. 

Abutalıb Səmədov ittihamlara cavab verdi - Mən elə fikir söyləməmişəm »  Avrasiya.Net

"BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhə və əmin-amanlığa qarşı olan təhlükələri ilk növbədə aradan qaldırmaqla məşğuldur. Çox qəribədir ki, iyun ayında beynəlxalq sülhə və əmin-amanlığa qarşı yönəlmiş təhlükələr Rusiyanın rəhbərliyi altında aradan qaldırılacaq. Bir ay Rusiya Təhlükəsizlik Şurasının rəhbəri kimi sülh və əmin-amanlıq uğurunda mübarizə aparacaq. Dünyada sülhə və əmin-amanlığa qarşı ən böyük təhlükəni törədən bir dövlət 1 ay sülh axtarışına çıxacaq. Sülh istəyən dövlətlərin başında gedəcək. Bu ay BMT Təhlükəsizlik Şurasında bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Dünyadakı vəziyyət, mövcud təhlükələr, birgə yaşayış formalarını axtarmaq, Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. Bu mühüm tədbirlərə Rusiya sədrlik edəcək.  Rusiya bir aylıq sədrliyindən öz beynəlxalq nüfuzunu ətrafında olan, ona yaxınlaşmaq istəyən dövlətlərin sayını artırmaq üçün istifadə edəcək. Dünyada birmənalı şəkildə Ukraynanın yanında yer alan dövlətlərin sayı arzu olunan kimi təəssüf ki, artmır. Sülh ətrafında keçirilən İsveçrə konfransı da göstərdi ki, dövlətlər Rusiyaya qarşı mövqe göstərməkdə ehtiyat edirlər. Günümüzün reallığı bundan ibarətdir", - deyə A.Səmədov qeyd qeyd etdi.

O həmçinin bildirdi ki, BMT Təhlükəsizlik Şurasının azı 3 üzvü və daimi olmayan üzvlərin əksəriyyəti anti-Rusiya mövqeyində olduğuna görə, Rusiya bu müddətdə çox qazanc əldə edə bilməyəcək. 

"Zelenskinin son bəyanatı çox böyük şok yaratdı. "Bu müharibə illərlə davam etməməlidir. Biz təcili sülh planı hazırlayıb tədim etməliyik"- deyən Zelenski bunu artan itki və ölümlər ilə əlaqələndirdi. Təbii ki, müharibə aparan dövlətin başçısı bu cür bəyanat verməməli idi. Bu da Rusiyanı kifayət qədər ümidləndirdi. Fransada parlament seçkiləri Makronun istədiyi kimi getmir və onu çox böyük ehtimal ki, ciddi məğlubiyyət gözləyir. ABŞ-də Trampın seçilmək şansı son debatdan sonra
bir az da artıb. Şübhəsiz ki, bu da Ukraynanın xeyrinə deyil. F-16-ların verilməsi ləngidilib. Burada ikinci bir problem də üzə çıxıb ki, təqribən 80-85 F-16-nın gələcəyi gözlənilir, onları idarə edəcək 20 pilot hazırlanıb. F-16-ların böyük əksəriyyəti aerodromda qalmaq məcburiyyətində olacaq. Təbii ki, bütün bu məsələlər Rusiyanın ümidlərini, nüfuzunu müəyyən qədər artırır. BMT Təhlükəsizlik Şurasında 2023-cü ilin aprelindən sonra ilk dəfə sədrlik kreslosunu əldə edən Rusiya bu imkandan maksimum istifadə  etməyə cəhd edəcək. Amma onu da demək lazımdır ki, bu imkan o qədər də böyük deyil. Təhlükəsizlik Şurasının 5 üzvü var, onların azı 3-ü daim anti-Rusiya mövqeyindədir.  Eyni zamanda Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin əksəriyyəti Rusiyanı dəstəkləmir. Bu səbəbdən Rusiyanın çox qazanc götürəcəyi ehtimalı həddindən artıq azdır", - deyə politoloq əlavə edib. 

Aygün Mirakif