"İranda Prezident əsas söz sahibi deyil" - Fazil Mustafa

 16:59 02.07.2024     179

Xəbər verdiyimiz kimi, İranda prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu turda İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili sabiq səhiyyə naziri, əslən azərbaycanlı olan Məsud Pezeşkyan ilə ölkə rəhbəri postu uğrunda yarışacaq. 

Maraqlıdır, Pezekşyan Prezident seçildiyi təqdirdə İranın Azərbaycana qarşı siyasətindədəyişiklik olacaqmı? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, İranda Prezident seçiləcək şəxsin kim olması orada böyük dəyişiklik yaratmağa imkan vermir. 

Fazil Mustafa kimdən şübhələndiyini açıqladı - Video

"Çünki İranda ali dini lider postu müəyyən ediblər. Bu postla da İran teoqratik bir dövlət kimi idarə olunur. O baxımdan Prezident sadəcə bəzi işlərdə nəyisə dəyişə bilər. Böyük fundamental, qlobal siyasətdə hansısa müstəqil addım atmaq imkanı yoxdur. Bu baxımdan Məsud Pezeşkyanın Prezident seçildiyi təqdirdə hansısa yenilik gözləmirəm. Bütün hallarda onun hakimiyyətə gəlməsi müəyyən dərəcədə İran cəmiyyətində insan haqları mövzusunda bəlli dəyişikləri etməkdə həvəs, istək yarada biləcək. Bütövlükdə Prezidentin səlahiyyətləri böyük deyil, onun seçilib-seçilməyəcəyinə imkan veriləcəyi də hələ ki, şübhəlidir. Nəticələri gözləmək lazımdır. Nəticələrdən sonra hansı dəyişikliyin baş verə biləcəyini görmək olar", - deyə deputat deyib.

Aygün Mirakif