"Sandu Konstitusiya Məhkəməsini tabe etsə, hakimiyyəti qəsb edəcək"

 14:31 02.07.2024     161

“Moldova hakimiyyəti Konstitusiya Məhkəməsi haqqında qanuna prezident Maya Sandu və hakim Fəaliyyət və Ədalət Partiyasına hakimiyyəti qəsb etməyə imkan verəcək düzəlişlər layihəsi hazırlayır”.

Redaktor.az xəbər verir ki, bunu müxalifət partiyalarının “Pobeda” blokunun lideri İlan Şor deyib.

“Fəaliyyət və Ədalət Partiyasının rəhbərliyi çaxnaşma içindədirlər ki, onların parlamentdəki günləri bitib. “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklərlə bağlı dərc olunan layihədə hakimiyyəti qəsb etmək cəhdləri açıq-aşkar görünür ”,- deyə Şor "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, hətta 2025-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl Sandu və partiyası“ öz adamlarını yerləşdirmək üçün yeni hakimlərin təyinat vaxtını dəyişdirməyə çalışırlar. Dəyişikliklər qəbul olunarsa, hakim partiya hətta seçkilərdən əvvəl  Konstitusiya Məhkəməsinin tərkibini formalaşdıra biləcək",- Şor əlavə edib.

O xatırladıb ki, qanuna görə, Konstitusiya Məhkəməsinin bir neçə hakimini növbəti parlament, yəni yeni hökumət təyin etməlidir. Moldova Konstitusiya Məhkəməsi altı hakimdən ibarətdir, onlardan ikisini hökumət, ikisini parlament, daha ikisini isə Ali Magistratura Şurası təyin edir.

Aysu İBRAHİMOVA