Polşa Almaniya ilə əməkdaşlıq edəcək - Bir şərti var

 16:08 02.07.2024     167

Polşa İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə kompensasiya ödəyəcəyi təqdirdə Almaniya ilə hərbi əməkdaşlıq edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk iyulun 2-də Varşavada Almaniya kansleri Olaf Şolzla görüşdən sonra bildirib.

Eyni zamanda Tusk vurğulayıb ki, Almaniyanın təzminat ödəməkdən imtina etməsi İkinci Dünya Müharibəsi zamanı Polşanın faciəvi itkilərini dəyişməyəcək.

Polşanın baş naziri ilə görüşdə Şolz bildirib ki, Polşa və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.

“Bu o deməkdir ki, biz NATO çərçivəsində və şərq cinahın müdafiəsi çərçivəsində Baltikyanı regionun liderləri rolunu öz üzərinə götürmək istəyirik”,- Almaniya kansleri bildirib.

Şolz Almaniyanın İkinci Dünya Müharibəsi zamanı Polşanın alman işğalı zamanı sağ qalan qurbanlarına dəstək üçün tədbirlər görəcəyini də bildirib . Siyasətçi vurğulayıb ki, Berlin öz tarixi məsuliyyətini dərk edir, ona görə də Almaniya hökuməti Polşa hökuməti ilə sıx təmasda olacaq. O, həmçinin Almaniya hakimiyyətinin Berlində İkinci Dünya Müharibəsi və nasist işğalı zamanı Polşa qurbanlarının xatirəsinə xatirə abidəsi yaratmaq qərarına gəldiyini söyləyib.

Aygün Mirakif