Dini mərasim zamanı 87 nəfər ÖLDÜ

 17:46 02.07.2024     169

Hindistanın şimalındakı Uttar Pradeş ştatında bu gün keçirilən dini tədbir zamanı baş verən izdihamda ən azı 87 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli səlahiyyətlilər məlumat yayıb.

Bildirilib ki, izdiham ölkənin paytaxtı Yeni Dehlidən cənub-şərqdə, Hathras rayonundakı kənddə baş verib.

Sosial mediada yayılan təsdiqlənməmiş videolarda cəsədlərin yerli xəstəxananın qarşısında yerə uzadıldğı görülüb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu İBRAHİMLİ