Təyyarədə internetdən istifadə edənlərə XƏBƏRDARLIQ

 19:59 02.07.2024     220

Hücumçular təyyarələrdəki "Wi-Fi" şəbəkələrini saxta şəbəkələrlə əvəz etməyi və sərnişinlərin şəxsi məlumatlarını oğurlamağı öyrəniblər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Register” məlumat yayıb.

İlk belə hallardan biri barədə Avstraliya Federal Polisi məlumat verib. Yerli təhlükəsizlik qüvvələri kommersiya reyslərindən birində təyyarədə təhlükəli "Wi-Fi" şəbəkəsi təşkil edən sərnişini saxlayıb. Saxlanılan zaman həmin şəxslər əl yükündən noutbuk, simsiz şəbəkələrin təşkili üçün cihaz və smartfon aşkar ediblər.

Polisin məlumatına görə, hücumçu uçuş zamanı saxta "Wi-Fi" şəbəkəsi yaradıb və onu real hesab edib. İnternetə çıxış əldə etmək istəyərkən istifadəçilərdən e-poçt ünvanlarını və parollarını daxil etmələri tələb olunurdu. Sonradan məlum olub ki, haker sərnişinlərin şəxsi məlumatlarını toplayırmış.

Yusif EYVAZLI