Zelenskinin arvadı 4,5 milyon avroya "Bugatti" sifariş etdi
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena 4,5 milyon avroya başa gələn məhdud buraxılışlı "Bugatti Tourblion" avtomobili üçün sifariş verib.
Redaktor.az xəbər verir ki, məlumatı fransız jurnalistlər yayıb.
Bildirilir ki, əfsanəvi avtomobil şirkəti superkarın cəmi 250 nüsxəsini istehsal etməyi planlaşdırır.
Zelenskaya yeni avtomobillə yalnız 2026-cı ildə tanış olacaq.
Yeni Bugatti-nin bu ilin iyununda Parisdə Ukrayna nümayəndə heyətinə təqdim edildiyi iddia edilir.
Məhz orada Zelenskaya lüks brendin inkişaflarından məmnun qaldı.
Avtomobildə 8,3 litrlik mühərrikin unikal versiyası quraşdırılacaq.
V16 mühərriki 8 pilləli “robot”la birləşdiriləcək və hibrid quraşdırmadan əlavə güc alacaq.
Ümumilikdə, Tourbilon-un göyərtəsində təxminən 1800 at gücü olacaq.
Sultan AYXAN