Rusiya hərbi gəmiləri Venesuelaya getdi

 20:55 02.07.2024     169

Rusiyanın Şimal Donanmasının gəmilərindən ibarət dəstə Venesuela limanına işgüzar səfər edib.

Redaktor.az TASS-a istinadən bildirir ki, bu barədə Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Admiralı Qorşkov” freqatı və “Akademik Paşin” orta dəniz tankerindən ibarət Şimal Donanmasının gəmilər dəstəsi Venesuela Bolivar Respublikasının La Quayra limanına işgüzar səfər edib. Bu səfər bir neçə gün davam edəcək, bundan sonra Şimal dənizi dənizçiləri Atlantik okeanının akvatoriyasında öz tapşırıqlarını yerinə yetirməyə davam edəcəklər”.

Sultan AYXAN