Müdafiə nazirinin həbsdəki müavininə verilən rüşvətin məbləği AÇIQLANDI

 20:59 02.07.2024     223

Müdafiə nazirinin müavini Timur İvanov 1,185 milyard rubl rüşvətdə ittiham olunur.

Redaktor.az xəbər verir ki, TASS bu barədə iyulun 2-də hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əvvəlcə ona qarşı 1,125 milyard rubl rüşvət ittihamı irəli sürülüb.

Daha sonra istintaq müəyyən edib ki, Timur İvanov və mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərən digər təqsirləndirilən şəxslər 2018-ci il oktyabrın 24-dən 2023-cü il dekabrın 31-dək “Olimpsitistroy” MMC-nin həmtəsisçisi və nümayəndələrindən qanunsuz olaraq rüşvət alıblar. 

Xatırladaq ki, Rusiyanın Müdafiə nazirinin müavini aprelin sonunda iş yerində saxlanılıb və həbs edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Xüsusilə külli miqdarda rüşvət alma”) ilə ittiham olunub.

General daha sonra istefa verdiyini açıqlayıb.

Sultan AYXAN