"Telegram"da nasazlıq YARANDI

 22:40 02.07.2024     181

İstifadəçilər "Telegram" messencerində nasazlıqdan şikayət ediblər.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, problemlərlə bağlı ən çox məlumat Moskva və Sankt-Peterburqdan gəlir. Xidmət Moskva vaxtı ilə saat 21:00 radələrində şikayət axını qeydə alıb.

İstifadəçilər həm proqramın özündə, həm də mesajların göndərilməsində problem yaşayırlar .

Yusif EYVAZLI