Ərdoğan Türkiyə millisini belə təbrik etdi

 01:20 03.07.2024     256

"Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm". 

Redaktor.az xəbər verir ki, bunu özünün feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. 

"Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram", - deyə dövlət başçısı əlavə edib. 

Xatırladaq ki, Türkiyə millisi Avstriya üzərində 2:1 hesablı qələbə qazanaraq adını Avropa Çempionatının 1/4 final mərhələsinə yazdırıb. Növbəti mərhələdə qardaş ölkə futbolçuları Niderlandla qarşılaşacaq. 

Turan İSMAYIL