Fransanın korrupsiyada ittiham olunan mədəniyyət nazirinin şikayəti rədd EDİLDİ

 09:00 03.07.2024     198

Paris Apellyasiya Məhkəməsi Fransanın mədəniyyət naziri Raşida Datinin ona qarşı korrupsiya istintaqının dayandırılması tələbini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə “France Info” radiostansiyası nazirin vəkilləri Olivye Prado və Olivye Bluşe istinadən məlumat yayıb.

“Apellyasiya Məhkəməsinin İstintaq Kollegiyası Raşida Datinin vəsatətini təmin etməyib”, – müdafiəçilər qeyd ediblər.

“Biz ona kassasiya məhkəməsinə müraciət etməyi məsləhət görürük, çünki qanun bizim tərəfimizdədir”, – vəkillər əlavə ediblər.

Qeyd edək ki, nazir məhkəmədən bu iş üzrə iddianın müddətinin bitmiş kimi tanınmasını istəyib.