İtaliya 20 milyard avroluq tanklar alacaq

 11:52 03.07.2024     145

İtaliya "Rheinmetall" şirkətindən 20 milyard avro dəyərində 550-dən çox tank almaq niyyətindədir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.

İtaliya istehsalçıdan 350 "Lynx" piyada döyüş maşını və 200-dən çox "Panther" tankı almaq istəyir. Təxmini çatdırılma müddəti 15 ildir.