İran bu ölkə ilə viza rejimini ləğv etdi

 14:00 03.07.2024     148

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

Redaktor.az “Aziya-Plyus”a istinadən xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

- vizasız qalma müddəti - 30 gün;

- səyahət növü - yalnız hava ilə;

- marşrut - yalnız Düşənbədən Tehrana və geriyə;

- fəaliyyət şərti - ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.