Zelenski Trampla görüşmək istəyir

 18:58 03.07.2024     171

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampı sülh planını ictimaiyyətə açıqlamağa çağırıb və onunla görüşməyə hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Bloomberg-ə müsahibəsində Zelenski Trampı bu müharibəni necə bitirəcəyini deməyə çağırıb.

Agentlik həmçinin qeyd edib ki, Ukrayna lideri ABŞ-ın keçmiş prezidenti ilə onun təkliflərini şəxsən dinləmək üçün onunla görüşməyə hazırdır.

“Politico” daha əvvəl mənbələrə istinadən xəbər verib ki, Tramp NATO-nun artıq şərqə doğru genişlənməyəcəyini, həmçinin Rusiya prezidenti Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyinə dair danışıqlar aparmağı nəzərdə tutan sazişi nəzərdən keçirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampla Ukrayna ilə bağlı danışıqlar aparmır.

Sultan AYXAN