Demokrat konqresmenlər Baydenin seçkidən geri çəkilməsini istəyir
Demokratlar Partiyasından olan bir neçə amerikalı konqresmen hesab edir ki, Konqresin hər iki palatasındakı fraksiyalarının liderləri ABŞ-ın hazırkı prezidenti Co Baydeni seçki yarışından geri çəkilməyə məcbur etməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Konqres üzvlərinə görə, onları Baydenin respublikaçı Donald Trampla teledebatda uğursuz çıxışı yox, Amerika administrasiyasının buna lazımi cavab verməməsi narahat edir.
"Axios"un yazdığına görə, Baydenə qəzəblənən konqresmenlər onun seçkilərdə iştirakının demokratların seçki mövqeyini sarsıtmaq və Senatı tutmaq və ya Nümayəndələr Palatasında çoxluğu geri almaq şanslarını azaltmaq təhlükəsi ilə qorxurlar.
Sultan AYXAN