Litva daha çox PUA-larla mübarizə vasitələri ALACAQ

 20:01 03.07.2024     169

Litva Müdafiə Nazirliyi növbəti hərbi satınalma dövründə əsas diqqəti PUA-larla mübarizə vasitələrinə yönəldiləcək.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə müdafiə departamentinin rəhbəri Laurinas Kaçiunas məlumat verib.

“İlk növbədə pilotsuz uçuş aparatlarına qarşı elektron döyüş sistemləri, onların erkən aşkarlanması və fiziki məhvi üçün vasitələr əldə etmək lazımdır”, - deyə o bildirib.

Bu satınalmalar üçün Müdafiə Nazirliyinə 2024-cü il üçün ayrılan əlavə 136 milyon avro vəsaitdən istifadə edilməsi planlaşdırılır.

Nəticədə Litva ilk dəfə olaraq ümumi daxili məhsulun 3%-i həcmində müdafiə xərclərini maliyyələşdirmə səviyyəsinə çatdırıb.

Sultan AYXAN