İnterpolun Moldova bürosunun rəhbəri həbsdən buraxıldı
Kişinyov məhkəməsi korrupsiyada şübhəli bilinərək saxlanılan İnterpolun Moldovadakı bürosunun rəhbəri Viorel Çentiu ev dustaqlığına buraxıb.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
“Məhkəmə vətəndaş Viorel Çentiu barəsində 30 sutkalıq ev dustaqlığı tədbirinin tətbiqi barədə qərar qəbul edib”, – qərarda deyilir.
Xatırladaq ki, Moldova Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun rəhbəri Veronika Draqalinin dediyi kimi, Çentiu moldovalı həmkarlarının köməyi ilə Fransadan olan istintaq qrupunun apardığı araşdırmadan sonra həbs edilib.
Müstəntiqlərin fikrincə, Moldova və digər ölkələrdən olan məmurlar milyonlarla dollar məbləğində külli miqdarda rüşvət müqabilində İnterpolun tələbi ilə beynəlxalq axtarışda olan şəxslərin cinayət məsuliyyətindən yayınmasına kömək ediblər.
Sultan AYXAN