NATO Latviyadakı kontingentini xeyli artıracaq

 21:29 03.07.2024     181

Yaxın iki il ərzində NATO-nun Latviyadakı bölmələrinin şəxsi heyətinin ümumi sayı 5 min nəfərə çatdırılacaq.

Redaktor.azn məlumatına görə, bunu Latviyanın müdafiə naziri Andris Spruds jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kanadanın komandanlığı altında Latviyada yerləşdirilən döyüş qrupu çoxmillətli briqada səviyyəsinə qədər genişləndiriləcək: "Bu qrupun 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı və 3,5 minə yaxın hərbçidən ibarət olacağı gözlənilir. Yaxın iki ildə onların ümumi sayı 5 min nəfərə yaxın olacaq".