Çilidə 5,5 bal gücündə zəlzələ baş verdi
Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kəlama şəhərindən 70 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yusif EYVAZLI