İsrail və ABŞ dost olaraq qalır - Hersoq

 23:59 03.07.2024     189

Qəzza zolağında müharibə ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, İsrail və ABŞ dost olaraq qalırlar. 

Redaktor.az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq deyib. "Hər bir ailə kimi, biz həmişə hər şeydə razılaşmırıq. Və bu yaxşıdır. Fərqlər bizi ortaq tariximizə bağlayan və hər iki ölkəmizin həyati maraqlarına xidmət edən geniş dostluq və müttəfiqliyi şübhə altına almır”, - Hersoq bildirib.

Hersoq ABŞ-nin İsrailə verdiyi dəstəyə görə Vaşinqtona çox minnətdar olduğunu bildirib.

T. İSMAYIL