25 il əvvələ qayıtdılar... - FOTO

 13:58 04.07.2024     188

İngiltərəli sabiq futbolçu Devid Bekhem və həyat yoldaşı - müğənni, aktrisa Viktoriya Bekhem evliliklərinin 25-ci ildönümünü qeyd ediblər.

Redaktor.az “The İndependent” nəşrinə istinadən xəbər verir ki, onlar 1999-ci ildə toy günlərində geyindikləri bənövşəyi paltarlarla kamera qarşısına keçiblər.

Bekhemlər fotolarını sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.

Viktoriya uzun müddət əvvəl “People” jurnalına verdiyi müsahibəsində libasının hazırlanması üçün dəfələrlə Nyu-York və London arasında qaldığını açıqlayıb.

Xatırladaq ki, Bekhem və Viktoriya 1997-ci ildə tanış olublar. Cütlük 1999-cu ildə Viktoriyanın 22, Devidin isə 21 yaşı olanda evləniblər. Toy mərasimi İrlandiyanın Dublin şəhərində baş tutub. Cütlüyünün Bruklin (25), Romeo (21), Kruz (19) və Harper (12) adlı uşaqları var.

Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Milan” kimi klubların şərəfini qoruyub.

1999-cu il

2024-cü il