Qəzzada xəstəxanalarda yanacaq ÇATIŞMIR

 15:43 04.07.2024     171

Qəzzanın cənubundakı yeganə böyük xəstəxana yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

Redaktor.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi Xan Yunisdəki Nasser Xəstəxanasının generatorlarının yanacaq çatışmazlığı səbəbindən bir neçə saatdan sonra fəaliyyətini dayandıracağını açıqlayıb.

Generatorlara lazım olan yanacağın operativ şəkildə təmin edilməsi üçün təcili müdaxiləyə dair müvafiq beynəlxalq və humanitar təşkilatlara çağırış edilib. 

Leyla Fikrətqızı