Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçdi

 15:24 04.07.2024     139

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 011 nəfərə yüksəlib.

Redaktora.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu dövr ərzində ümumilikdə 87 445 nəfər yaralanıb.

Məlumata görə, son 24 saat ərzində 58 nəfər ölüb, 179 nəfər yaralanıb.