İsveçrədə daşqın: Ölənlər var

 15:59 04.07.2024     195

İsveçrənin cənubunda baş verən daşqınlar nəticəsində dörd nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "SRF" məlumat yayıb.

Su səviyyəsinin qalxması nəticəsində ev və otellərdə qalanların cəsədləri tapılıb.

Məlumata görə, daşqınlar nəticəsində Maggia vadisində baş verən torpaq sürüşməsində daha üç nəfər həlak olub.

Qeyd edilib ki, itkin düşənlərin axtarışları davam etdirilir.

Türkan İSGƏNDƏRLİ