İcazəsiz xaricə gedən deputatların mandatı ləğv ediləcək
Rusiyada xaricə icazəsiz səfər edən deputat və senatorların səlahiyyətlərinə xitam veriləcək.
Redaktor.az “Kommersant”a istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı qanunu qəbul edib.
Bununla yanaşı, Dumanın spikeri Vyaçeslav Volodin mandatları ləğv edildikdən sonra deputatların müvəqqəti olaraq xaricə səfərinə məhdudiyyətlərin tətbiq edilməsi imkanları üzərində işləməyi tapşırıb.
Sözügedən qanun layihəsini senator Vyaçeslav Timçenko və deputatlar Oleq Morozov, Vasiliy Piskarev və Viktor Pinskiy təklif edib. Bu təklif xüsusi hərbi əməliyyat, sanksiya təzyiqi və xarici xüsusi xidmət orqanlarının fəaliyyəti şərtlərində Rusiyanın təhlükəsizliyinə təhdidlərin yaranması ilə izah edilib. Qanun layihəsi iyunun sonunda Dövlət Dumasına təqdim edilmişdi.