Prezidentin çıxışa hazırlaşdığı yerdə silahlı şəxs SAXLANILDI
Polis Argentina prezidenti Xavyer Maylinin çıxış etməyə hazırlaşdığı muzeyin yaxınlığında əlində dolu tapança olan şəxsi saxlayıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Tiempo de San Juan" məlumat yayıb.
Onun sözlərinə görə, həbs olunan zaman 76 yaşlı kişi prezidentin olacağı yerə yaxınlaşmaq üçün hasarların arasından keçməyə çalışırmış. Saxlanılan şəxs özünü təqaüddə olan polis əməkdaşı kimi təqdim edib.
Miley ölkədə savadlılığın artırılması planını təqdim etmək üçün cümə axşamı San Juan şəhərinə gəlib.
Yusif EYVAZLI