Bu ölkə qaz çatışmazlığı ilə üzləşə bilər

 20:14 04.07.2024     197

Avstraliya 2027-ci ildə mayeləşdirilmiş təbii qaz çatışmazlığı ilə üzləşə bilər. 

Redaktor.az xəbər verir ki, "Bloomberg" bu barədə Avstraliya Rəqabət və İstehlak Komissiyasının araşdırmasına istinadən yazır.

Hesabat müəlliflərinin fikrincə, bu vəziyyət bir sıra siyasi və bazar reaksiyalarını, o cümlədən qaz hasilatı və təchizatının yeni mənbələrinin axtarışını tələb edəcək.

Avstraliya son illərdə liderliyini ABŞ və Qətərə itirsə də, dünya bazarına qazın əsas təchizatçılarından biri olaraq qalır. Hazırda Avstraliya yanacaqları əsasən Yaponiya, Çin , Tayvan və Cənubi Koreyaya ixrac olunur.

Yusif EYVAZLI