Kadırov Şimali Qafqazda vətəndaş müharibəsinə səbəb olacaq

 20:20 04.07.2024     215

Dağıstanda baş verən terror aktından sonra qonşu Çeçenistanın rəhbəri Ramzan Kadırov terrorçuların ailələrini qan davası ilə hədələyib.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə o, tabeliyində olanlara deyib ki, əgər terrorda ən kiçik bir şübhə varsa, şübhəlinin bütün ailəsini cəzalandırmaq lazımdır.

Bu məsələni araşdıran ekspertlər bunun Qafqazda qan davasının vüsət alıb güclənəcəyindən, bununla da bölgədə yeni vətəndaş müharibəsinin baş verməsindən əndişələndikərini bildiriblər.

Sultan AYXAN