"Debatdan əvvəl pis bir gecə keçirdim" - Bayden uğursuz olduğunu etiraf etdi

 21:13 04.07.2024     187

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampla debatda çaşdığını etiraf edib, lakin onun prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

"Debatdan əvvəl pis bir gecə keçirdim. İş ondadır ki, bilirsiniz, mən pis oldum, səhv etdim. Biz bu seçkidə qalib gələcəyik, 2020-ci ildə etdiyimiz kimi Donald Trampı məğlub edəcəyik”.

İyunun 27-də Corciya ştatının Atlanta şəhərində Bayden və onun əsas siyasi rəqibi respublikaçı Donald Tramp arasında teledebat baş tutub. Çıxışlarının tezislərinin yanlarında olması qadağan edilib.

Yusif EYVAZLI